Neft fondu Azərbaycan banklarına 200 milyon dollar satıb

Neft fondu Azərbaycan banklarına 200 milyon dollar satıb
19:09 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

 

“APA-Economics”in məlumatına görə, bu barədə ARDNF-in yaydığı açıqlamada bildirilir.

 

Məlumata görə, bu gün yeni mexanizmlə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR