Siyəzən rayonunda qanunsuz aksiya zamanı 55 nəfər saxlanılıb

Siyəzən rayonunda qanunsuz aksiya zamanı 55 nəfər saxlanılıb
19:13 13 Yanvar 2016
942 Sosial
Ölkə mətbuatı
A- A+

"Mercedes" aşdı, yaralı var (24 İyun 2017 20:49)
Azərbaycan vətəndaşı Gürcüstan sərhədini qanunsuz yolla keçməyə cəhd edərkən saxlanılıb (21 İyun 2017 14:47)
Venesuelada etiraz aksiyaları: 27 yaralı (20 İyun 2017 08:32)

Bakı. Trend:

Siyəzən rayonunda qanunsuz aksiya zamanı 55 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan məlumata görə, cari il yanvar ayının 10-da Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, Dövlət Başçısı, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, ucuzlaşmanın davam etməsi və yaranmış qlobal maliyyə-iqtisadi böhran nəticəsində, Azərbaycanda da milli valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha fəal iş aparılması barədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Konkret olaraq, respublika hökumətindən qısa müddətdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması, gündəlik tələbat mallarının qiymətlərinə ciddi nəzarət edilməsi, əmək haqqlarının, pensiyaların və sosial müavinətlərin qaldırılması, bütün sosial proqramların tam icra edilməsi və s. zəruri tədbirlərin görülməsi tələb olunmuşdur.

Lakin bu istiqamətlərdə intensiv işlərin həyata keçirildiyi bir vaxtda, obyektiv səbəblərdən yaranmış mövcud mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstərmişlər.

Belə ki, 2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilmişdir.

İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törətmişlər. Nəticədə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilmiş, onlara müxəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnmişdir.

Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunmuş, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılmışdır.

Törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olduğundan fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılmış və istintaq aparılır.

Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.

Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilmişdir.

Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olmuşdur ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilmişdir.

Bir daha nəzərə çatdırılır ki, dünyada baş vermiş iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində Dövlət Başçısının birbaşa nəzarəti altında hökumət tərəfindən həyata keçirilən davamlı tədbirlərə ziyan gətirən və respublikada ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün hüquqazidd hərəkətlərin qarşısı qanunla müəyyən edilmiş qaydada bundan sonra da qətiyyətlə alınacaqdır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27 İyun 2017 23:42

Məscidə piyada getməyin savabı nə qədərdir?

27 İyun 2017 23:42

Stalinin kokaindən istifadə etməsi təsdiqlənib - Arxivlər açıldıqca...

27 İyun 2017 23:42

Prezidentin şərəfinə ziyafət

27 İyun 2017 23:39

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37

Model Leyla Oruclunun ölümündə suçlanan həkim - “Bütün sənədlər prokurorluqdadır”

27 İyun 2017 23:37

Kluba cilvəli getdi - FOTO

27 İyun 2017 23:32

Uşağın qarnı gündən-günə böyüyür -

27 İyun 2017 23:31

Kişinin sevgisini bilmək istəyirsinizsə... - XANIMLARA PSİXOLOQ MƏSLƏHƏTİ

27 İyun 2017 23:27

Sizin Alsheymer xəstəliyinə yaxalanma riskiniz varmı?

27 İyun 2017 23:22

Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"

27 İyun 2017 23:17

"Survivor" iştirakçısı tanınmış aktyorla sevgilidir - FOTO

27 İyun 2017 23:17

Oynaqlarında xırçıltılar və bel ağrıları varsa...

27 İyun 2017 23:17

Şəmkirdə ev kül oldu

27 İyun 2017 23:14

Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru

27 İyun 2017 23:12

Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?

27 İyun 2017 23:12

Şəmkirdə mənzildə yanğın baş verib

27 İyun 2017 23:09

"Qalatasaray" ik transferi açıqladı (RƏSMİ)

27 İyun 2017 23:07

Müğənni istirahətdən erotik fotolar paylaşdı - FOTO

27 İyun 2017 23:05

Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb

27 İyun 2017 23:05

İlham Əliyev: "Cənub Qaz Dəhlizi" layihəsini 100 faiz tamamlamaq üçün 2-3 il vaxt lazımdır"

27 İyun 2017 23:02

Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB

27 İyun 2017 22:58

Uzun müddətdir boşanmış insanların kəbin kağızının bir əhəmiyyəti varmı?

27 İyun 2017 22:57

Poşada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

27 İyun 2017 22:55

Polşada Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət verilib -

27 İyun 2017 22:54

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

27 İyun 2017 22:52

Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır

27 İyun 2017 22:50

Millimizin üzvü A Seriyasında - FOTO

27 İyun 2017 22:47