Bakının iki mərkəzi yolu bağlanır

Bakının iki mərkəzi yolu bağlanır
19:17 13 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+

Formula 1 yarışına hazırlıqla bağlı bu gün axşam saatlarından Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsi nəqliyyat üçün bağlı olacaq.

APA-nın məlumatına görə, Bakı Şəhər Halqasının təmir işləri ilə bağlı yaydığı açıqlamada deyilir ki, həmin ərazidə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq.

Buna alternativ olaraq, eyni müddətdə nəqliyyatın hər iki tərəfli hərəkəti Zərifə Əliyeva küçəsində təşkil olunacaq. Belə ki, Azneft dairəsindən gələn avtomobillər Rəsul Rza küçəsinə dönərək Muzey Mərkəzinin (köhnə Lenin Muzeyi) arxa tərəfindən keçməklə Zərifə Əliyeva küçəsi ilə Azadlıq meydanına qədər yolunu davam etdirə biləcəklər.

Bundan əlavə, yeraltı su xətlərinin təmiri ilə əlaqədar olaraq yanvarın 14-də səhər saat 9-dan etibarən Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR