Siyəzən və digər rayonlarda keçirilən aksiyalarla bağlı rəsmi məlumat

Siyəzən və digər rayonlarda keçirilən aksiyalarla bağlı rəsmi məlumat
19:26 13 Yanvar 2016
264 Ölkə
Ölkə mətbuatı
A- A+

"Microsoft" məktəblilərə proqramlaşdırmanın əsaslarını öyrədir (23 İyun 2017 10:36)
Bu gün növbəti buraxılış imtahanları keçirilir (23 İyun 2017 10:10)
Bu gün növbəti buraxılış imtahanları keçirilir (23 İyun 2017 08:17)

Siyəzən rayonunda qanunsuz aksiya zamanı 55 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən ANS PRESS-ə daxil olan məlumata görə, cari il yanvar ayının 10-da Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, Dövlət Başçısı, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, ucuzlaşmanın davam etməsi və yaranmış qlobal maliyyə-iqtisadi böhran nəticəsində, Azərbaycanda da milli valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha fəal iş aparılması barədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Konkret olaraq, respublika hökumətindən qısa müddətdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması, gündəlik tələbat mallarının qiymətlərinə ciddi nəzarət edilməsi, əmək haqqlarının, pensiyaların və sosial müavinətlərin qaldırılması, bütün sosial proqramların tam icra edilməsi və s. zəruri tədbirlərin görülməsi tələb olunmuşdur.

Lakin bu istiqamətlərdə intensiv işlərin həyata keçirildiyi bir vaxtda, obyektiv səbəblərdən yaranmış mövcud mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstərmişlər.

Belə ki, 2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilmişdir.

İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törətmişlər. Nəticədə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilmiş, onlara müxəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnmişdir.

Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunmuş, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılmışdır.

Törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olduğundan fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılmış və istintaq aparılır.

Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.

Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilmişdir.

Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olmuşdur ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilmişdir.

Bir daha nəzərə çatdırılır ki, dünyada baş vermiş iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində Dövlət Başçısının birbaşa nəzarəti altında hökumət tərəfindən həyata keçirilən davamlı tədbirlərə ziyan gətirən və respublikada ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün hüquqazidd hərəkətlərin qarşısı qanunla müəyyən edilmiş qaydada bundan sonra da qətiyyətlə alınacaqdır.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Sovetski"də 1 nəfəri öldürüb, 2 nəfəri yaralayan şəxs saxlanıldı

23 İyun 2017 11:29

“Formula-1”: Azərbaycan Qran-prisi start götürür - FOTO

23 İyun 2017 11:29

Avtomobil qaçıran "DJ" tutulub

23 İyun 2017 11:29

Bakıda Formula-2 yarışlarına start verildi

23 İyun 2017 11:27

Günorta çağı 13 yaşlı qıza təcavüz etmək istəyən oğlan kameralara düşdü - VİDEO - FOTO

23 İyun 2017 11:27

Gecə klubunda “DJ” işləyən şəxs Bakı sakininin avtomobilini oğurlayıb

23 İyun 2017 11:27

Avropada daha bir rekord transfer təklifi - 135 milyon avro

23 İyun 2017 11:27

Kredit borcu olanlar fitrə verə bilər?

23 İyun 2017 11:25

"Real" 2 gənc futbolçu ilə razılıq əldə etdi

23 İyun 2017 11:22

Özəl şirkətlər də SOCAR istiqrazlarına maraq göstərirlər

23 İyun 2017 11:22

Bakıda Formula 2 yarışının sərbəst yürüşü start götürüb

23 İyun 2017 11:22

Bakıda Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb

23 İyun 2017 11:22

Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub

23 İyun 2017 11:22

Sibel Can bu qədər pul xərclədi

23 İyun 2017 11:20

Tələbələrə JEST: kredit borclarını universitet ödəyəcək

23 İyun 2017 11:18

Bergüzar Korel uzun saçlarını görün nə hala saldı - FOTO

23 İyun 2017 11:18

Bakıda keçmiş sevgili dəhşəti: 1 ölü, 2 yaralı var...

23 İyun 2017 11:16

Aygün Kazımova istirahətdə: "Sevmək gözəldir" - FOTOLENT

23 İyun 2017 11:14

Aslı Muradla bağlı sualı eşidib, qaçdı - FOTO

23 İyun 2017 11:12

"Survivor 2017"nin qalibi bəlli oldu

23 İyun 2017 11:12

Onlar vahid çağrı mərkəzinə birləşdirildi

23 İyun 2017 11:10

Növbəti erməni yalanı ifşa olundu - MN

23 İyun 2017 11:09

Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr günü qeyd olunub

23 İyun 2017 11:07

Məşhur rus model Bakını gəzdi - FOTO

23 İyun 2017 11:05

"Formula-1" Azərbaycan Qran-Prisi: Trasda dəyişikliklər və DRS zonaları

23 İyun 2017 11:05

Azərbaycan Formula 1 Qran Prisinə necə hazırlaşdı?

23 İyun 2017 11:05

Kıvanç: "Tuba ilə öpüşəndə narahat oluram"

23 İyun 2017 11:05

Soğanı soyun, qabığını atmayın...

23 İyun 2017 11:05

Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

23 İyun 2017 11:04

Venesuelada daha bir etirazçı hərbçilərin açdığı atəş nəticəsində öldürülüb

23 İyun 2017 11:02

UNEC kollektivi Cocuq Mərcanlıda (FOTO)

23 İyun 2017 11:01

Türkiyədən sərt cavab: Növbəti Aya Sofya QALMAQALI

23 İyun 2017 10:58

İlham Əliyev hərbi hissələrin açılışında iştirak edib

23 İyun 2017 10:58

"Qız qısa şortik geyinib, onun atası anası yoxdur?" - Qıza şillə vuran oğlanın atası - VİDEO - FOTO

23 İyun 2017 10:57

Reanimasiyadakı xalq artistinin oğlu: "Bizimlə maraqlanan yoxdur"

23 İyun 2017 10:54

Bakıda atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

23 İyun 2017 10:52

Bakı trası şəhər traslarından ən sürətlisidir

23 İyun 2017 10:52

Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib

23 İyun 2017 10:52

Ayağınızı buzlu suya salın

23 İyun 2017 10:50

Ordumuzun şərəfinə yeni medal təsis olunur - FOTO

23 İyun 2017 10:49

Flora Kərimova əməliyyat olundu

23 İyun 2017 10:49

ASAN xidmət neçə gün işləməyəcək?

23 İyun 2017 10:48

Tarkan artıq Bakıda – FOTO

23 İyun 2017 10:48

Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi - FOTO

23 İyun 2017 10:48

Azərbaycanlı həkim dünyada ilkə imza atdı: Süni geli 2 seansa yox edir

23 İyun 2017 10:47

"Bu yayın ən yaraşıqlı bəy və gəlini"

23 İyun 2017 10:47

Dənizkənarı Milli Parkda "Formula-1 şəhərciyi" - FOTO

23 İyun 2017 10:47

"SamsungWind-Free™ - Külək olmadıqca narahatçılığa səbəb yoxdur"

23 İyun 2017 10:47

Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz

23 İyun 2017 10:47

Diversant məsələsinə sözardı...

23 İyun 2017 10:44