Siyəzən rayonunda qanunsuz aksiya zamanı 55 nəfər saxlanılıb

Siyəzən rayonunda qanunsuz aksiya zamanı 55 nəfər saxlanılıb
19:27 13 Yanvar 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

Siyəzən rayonunda qanunsuz aksiya zamanı 55 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan məlumata görə, cari il yanvar ayının 10-da Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, ucuzlaşmanın davam etməsi və yaranmış qlobal maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanda da milli valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha fəal iş aparılması barədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Konkret olaraq, respublika hökumətindən qısa müddətdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması, gündəlik tələbat mallarının qiymətlərinə ciddi nəzarət edilməsi, əmək haqqlarının, pensiyaların və sosial müavinətlərin qaldırılması, bütün sosial proqramların tam icra edilməsi və s. zəruri tədbirlərin görülməsi tələb olunmuşdur.

Lakin bu istiqamətlərdə intensiv işlərin həyata keçirildiyi bir vaxtda obyektiv səbəblərdən yaranmış mövcud mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstərmişlər.

Belə ki, 2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilmişdir.

İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törətmişlər. Nəticədə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilmiş, onlara müxəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnmişdir.

Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunmuş, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılmışdır.

Törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olduğundan fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılmış və istintaq aparılır.

Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.

Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilmişdir.

Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olmuşdur ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilmişdir.

Bir daha nəzərə çatdırılır ki, dünyada baş vermiş iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində dövlət başçısının birbaşa nəzarəti altında hökumət tərəfindən həyata keçirilən davamlı tədbirlərə ziyan gətirən və respublikada ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün hüquqazidd hərəkətlərin qarşısı qanunla müəyyən edilmiş qaydada bundan sonra da qətiyyətlə alınacaqdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağdaşda “Chevrolet” su kanalına düşdü - Sürücü həyatını itridi

19 Avqust 2017 19:08

Bu oteldə qalanlar hər an ölə bilər

19 Avqust 2017 19:08

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

19 Avqust 2017 18:59

Müəllimlərin əmək haqları artırılacaq

19 Avqust 2017 18:56

Əfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”

19 Avqust 2017 18:48

Renat Dadaşov dubl etdi, "Ayntraxt" qələbə qazandı

19 Avqust 2017 18:47

Ata və 2 oğlunu güllələdi

19 Avqust 2017 18:47

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib

19 Avqust 2017 18:42

“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var

19 Avqust 2017 18:39

Ağdaşda “Chevrolet” su kanalına düşdü

19 Avqust 2017 18:35

Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu

19 Avqust 2017 18:33

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib

19 Avqust 2017 18:32

İŞİD Surqutdakı hücumu öz üzərinə götürüb

19 Avqust 2017 18:24

İdeal plov hazırlamaq üçün ölkənin baş kulinarından A-dan Z-yə hər şey

19 Avqust 2017 18:23

Tarkanın vəfat etmiş atası...

19 Avqust 2017 18:15

2018-ci ilin yanvarından 40 minə yaxın müəllimin əmək haqqı artırılacaq

19 Avqust 2017 18:13

Zəncəfilin möcüzəvi faydaları

19 Avqust 2017 18:02

Məşhur futbol klubu verdiyi sözü tutdu

19 Avqust 2017 17:58

Dmitri Nazarov: "Daha yaxşı nəticələrimiz irəlidədir"

19 Avqust 2017 17:57

9 nəfəri ildırım vurdu

19 Avqust 2017 17:55

Prezident Samuxda yeni yolun açılışını etdi

19 Avqust 2017 17:54

Vizit kartını iki əllə təqdim et, başına toxunma, bərkdən danış - QƏRİBƏ ADƏTLƏR

19 Avqust 2017 17:53

İŞİD Surqutdakı hücumun məsuliyyətini üzərinə götürüb

19 Avqust 2017 17:42

Türkiyədə dövlət xəstəxanasında rəzalət

19 Avqust 2017 17:39

Prezidentdən 24 yaş böyük həyat yoldaşı: “Geyimimə diqqət yetirilməsini sevmirəm ”

19 Avqust 2017 17:38

İlham Əliyev Samuxda səfərdədir (YENİLƏNİR)

19 Avqust 2017 17:33

Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin rəhbərliyi yenidən formalaşdırılacaq

19 Avqust 2017 17:32

Yaponiyada 9 nəfər ildırım vurmasına görə xəstəxanaya yerləşdirilib

19 Avqust 2017 17:32

Göygöldə Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətə başlayıb

19 Avqust 2017 17:27

Rauf Əliyev yeni klubunda debüt etdi

19 Avqust 2017 17:27

Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub

19 Avqust 2017 17:27

106 yaşlı qadını ölkədən qovdular

19 Avqust 2017 17:26

Acunun “O Səs Türkiyə”yə dəvət etdiyi müğənni Aybəniz Haşımovanın qızından nələr dedi? - FOTO/MÜSAHİBƏ

19 Avqust 2017 17:18

Çinarə canlı yayımda...

19 Avqust 2017 17:09

Kimin nə qədər nüvə silahı var? – İNFOQRAFİKA

19 Avqust 2017 17:08

Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib

19 Avqust 2017 17:02

Lerikdə minik avtomobili dərəyə aşıb

19 Avqust 2017 16:56

Jirinovski Moskva bazarında corab satdı - VİDEO

19 Avqust 2017 16:53

40 milyonluq futbolçunun cəmi 1 forması satıldı - "Barselona" şokda

19 Avqust 2017 16:47

Diş ağrısından qurtulmağın ƏN SADƏ YOLU: cəmi yarım qaşıq...

19 Avqust 2017 16:43

Müğənni sevənləri ilə vidalaşdı

19 Avqust 2017 16:41

200 milyonluq transfer reallaşır - Anlaşdılar

19 Avqust 2017 16:37

Yeni ordu rəhbərindən Türkiyəyə TƏHDİD: “Söz veririk ki...”

19 Avqust 2017 16:33

Ərik mürəbbəsinin hazırlanması

19 Avqust 2017 16:31

Yeni iddia: PSJ "Monako"nun hücumçusunu 180 milyon avroya transfer edib

19 Avqust 2017 16:27

İspaniyada terror təhlükəsinin dördüncü səviyyəsi saxlanılıb

19 Avqust 2017 16:27

AĞLASIĞMAZ Stalin repressiyaları - 1937-ci il

19 Avqust 2017 16:18

DSMF dəftərxana ləvazimatları və təsərrüfat malları almaq istəyir

19 Avqust 2017 16:17

Bıçaqlı şəxs 8 nəfərə xəsarət yetirdi

19 Avqust 2017 16:15

Səbuhi Xanlarovun vəziyyəti pisləşdi, küçədə huşunu itirdi

19 Avqust 2017 16:13