Siyəzən rayonunda hüquqazidd hərəkətlərə yol vermiş şəxslər saxlanılıb

19:33 13 Yanvar 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Şabranda evləri soyanlar tutuldu (14 Aprel 2017 20:43)
Şabranda evlərə qənim kəsilənlər tutuldu (14 Aprel 2017 20:17)
Siyəzəndə evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub (01 Mart 2017 18:42)


Bakı, 13 yanvar, AZƏRTAC
Məlum olduğu kimi, yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, ucuzlaşmanın davam etməsi və yaranmış qlobal maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanda da milli valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha fəal iş aparılması barədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Konkret olaraq respublika hökumətindən qısa müddətdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması, gündəlik tələbat mallarının qiymətlərinə ciddi nəzarət edilməsi, əmək haqlarının, pensiyaların və sosial müavinətlərin qaldırılması, bütün sosial proqramların tam icra edilməsi və s. zəruri tədbirlərin görülməsi tələb olunub.
Lakin bu istiqamətlərdə intensiv işlərin həyata keçirildiyi vaxtda obyektiv səbəblərdən yaranmış mövcud mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstəriblər.
Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, yanvarın 12-13-də Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil olunub.
İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər. Nəticədə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilib, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnib.
Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılıb.
Törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olduğundan fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2-ci, 233-cü və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaq aparılır.
Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilib, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.
Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib.
Bir daha nəzərə çatdırılır ki, dünyada baş vermiş iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində dövlətimizin başçısının birbaşa nəzarəti altında hökumət tərəfindən həyata keçirilən davamlı tədbirlərə ziyan gətirən və respublikada ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün hüquqazidd hərəkətlərin qarşısı qanunla müəyyən edilmiş qaydada bundan sonra da qətiyyətlə alınacaq.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Fərdadan ƏMİNLİK: "Bunu sübut edəcəm"

27 Aprel 2017 13:24

Qərbə SƏRT XƏBƏRDARLIQ: “Rusiyaya qarşı bu taktika...”

27 Aprel 2017 13:23

Hollandiya millisinin yeni baş məşqçisi və köməkçisi məlumdur

27 Aprel 2017 13:22

İnsan ana bətnində belə əmələ gəlir

27 Aprel 2017 13:19

Türk gözəli ilə məşhur aktyorun intim görüntüləri yayıldı – FOTOLAR

27 Aprel 2017 13:18

Metropoliten yenə işçi axtarır

27 Aprel 2017 13:17

Rusiyadan alınan silahlar Ordumuzun güclənməsinə böyük töhfədir"

27 Aprel 2017 13:17

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

27 Aprel 2017 13:17

Çağatay Ulusoyun yeni layihəsi bəllidir

27 Aprel 2017 13:17

650 qəzalı məktəb şagirdlərinə şad xəbər: modul məktəblər - MEDİATUR

27 Aprel 2017 13:14

Oğurluq edən ağdaşlı əsgəri ov tüfəngi ilə öldürdülər

27 Aprel 2017 13:14

Sən demə, işdə yuxulamağın ƏSL SƏBƏBİ BU İMİŞ

27 Aprel 2017 13:13

Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

27 Aprel 2017 13:12

La Liqanı tərk edən ilk klub müəyyənləşdi

27 Aprel 2017 13:12

Bakıda qohumunun evindən oğurluq edən qadın tutulub

27 Aprel 2017 13:12

Kirayə pulunu verə bilməyən tələbə qız qatarda yaşayır

27 Aprel 2017 13:10

Gənc qız ölən dayısının evini yardı - BAKIDA - FOTO

27 Aprel 2017 13:09

İŞİD və "Taliban" yenə Əfqanıstanı qan gölünə döndərdi

27 Aprel 2017 13:08

General Elçin Quliyevin məhkəməsi başladı

27 Aprel 2017 13:04

İngilis deputat erməniləri BİABIR ETDİ: “ Edvard Nalbandyanın arvadı ilə...”

27 Aprel 2017 13:03

Fransada ekstremizmdə şübhəli bilinən şəxs polisə atəş açıb, 2 nəfər yaralanıb

27 Aprel 2017 13:02

Almaniya kansleri Türkiyəni hədələdi

27 Aprel 2017 12:59

Merkeldən Türkiyə bəyanatı - TARİX AÇIQLANDI

27 Aprel 2017 12:58

Lerik sakinləri nazirdən ikinci “Uzunömürlülər festivalı”nın keçirilməsini istəyiblər

27 Aprel 2017 12:57

Babel qadınla yaxalandı - FOTO

27 Aprel 2017 12:57

Keçmiş MTN-in daha bir generalının məhkəməsi başlayıb

27 Aprel 2017 12:57

Azərbaycanlı bu qızların görüntülərini hamı izləyir

27 Aprel 2017 12:55

Azərbaycanda sulu qəlyan qadağan olunur

27 Aprel 2017 12:53

Komitə sədri: "Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib"

27 Aprel 2017 12:52

İdman telekanalı 100 işçisini qovdu

27 Aprel 2017 12:52

Deputat: "Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?"

27 Aprel 2017 12:52

Bahar Muradova: “Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsi qadağan edilməlidir”

27 Aprel 2017 12:52

Sulu qəlyandan istifadə qadağan edilir - AZƏRBAYCANDA

27 Aprel 2017 12:49

73 yaşında idmana başlayacaq - FOTOLAR

27 Aprel 2017 12:48

Siqaret çəkmədən zəhərlənən insanlarımız - STATİSTİKA AÇIQLANDI

27 Aprel 2017 12:47

Bakı-Tbilsi-Qars dəmir yolu Azərbaycan üzərindən yük tranzitini xeyli artıracaq

27 Aprel 2017 12:47

İmişlidə yol qəzası: 4 yaralı - SİYAHI - FOTO

27 Aprel 2017 12:47

Sabahın HAVAsı

27 Aprel 2017 12:47

Azərbaycanda bəzi saytların bloklanması bağlı məhkəmə təxirə düşdü

27 Aprel 2017 12:44

İsrail Suriyanı bombaladı

27 Aprel 2017 12:44

56 yaşlı abituriyent imtahan verəcək

27 Aprel 2017 12:43

Fazil Məmmədov keçmiş idarə rəisini özünə müşavir təyin edib

27 Aprel 2017 12:42

Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

27 Aprel 2017 12:42

"Terminator"un oğlu anasının yanına döndü - FOTO

27 Aprel 2017 12:42

Novxanıda bağın həyətindən xeyli silah-sursat tapıldı

27 Aprel 2017 12:39

Sabah 25 dərəcə isti olacaq

27 Aprel 2017 12:38

Hərbi ekspert: “Rusiyadan alınan hücum silahları Azərbaycan ordusunu daha da gücləndirir”

27 Aprel 2017 12:37

“Dəmirbank”dan “Az-Granata”ya transfer olub

27 Aprel 2017 12:37

Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyində axtarış aparılır

27 Aprel 2017 12:37

Ulduz şahmatçılar Şəmkirdə seans keçirdi - FOTO

27 Aprel 2017 12:37