Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının “İnter” futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib

Bakının “İnter” futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib

Date: 13 January 2016 19:33


Bakı, 13 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu yanvarın 13-də ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Almaniyanın “Verder” klubunun 23 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Almaniya klubu minimal hesablı qələbə qazanıb – 1:0.
“İnter”in Antalya toplanışında daha üç yoxlama oyunu keçirməsi planlaşdırılır. “Verder”in əsas heyəti ilə görüş yanvarın 15-də baş tutacaq. “İnter” yanvarın 19-da Çexiyanın “Slovan”, bundan dörd gün sonra isə Qazaxıstanın “Atırau” kollektivi ilə üz-üzə gələcək.

Tags:  Bakının İnter futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib



RƏYLƏR


Top news