Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda muzdla çalışanların orta aylıq nominal əmək haqqı 4,5% artıb

Onların maaşları artdı (26 Mart 2017 12:58)
Bu şəxslərin maaşları artdı (26 Mart 2017 12:42)
Bu şəxslərin maaşları ARTDI (26 Mart 2017 12:12)

Tarix: 13 Yanvar 2016 19:47

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 22,4%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Azərbaycanda 2015-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artaraq 462,0 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub

Teqlər:  Azərbaycanda muzdla çalışanların orta aylıq nominal əmək haqqı artıb



RƏYLƏR


Top xəbərlər