Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səyyar ASAN xidmət Göygöl rayonunda

Səyyar ASAN xidmət Göygöl rayonunda

"Chevrolet" alışdı (19 Mart 2017 10:12)
Heydər Əliyev Hava Limanında “ASAN Wi-Fi” xidməti (13 Mart 2017 12:19)
"Azəriqaz" "ASAN Xidmət" vasitəsi ilə 10 min istehlakçıya xidmət edib (10 Mart 2017 10:07)

Tarix: 13 Yanvar 2016 19:49

12 yanvar - 10 fevral tarixlərində Səyyar ASAN xidmət Göygöl rayonunda Göygöl sakinlərinə səyyar formada xidmət göstərəcək. Lent.az-ın məlumatına görə, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

* Notariat fəaliyyəti;

* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

* Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

* Əmək pensiyalarının təyin edilməsi;

* Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

* Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

* Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Teqlər:  Səyyar ASAN xidmət Göygöl rayonunda



RƏYLƏR


Top xəbərlər