“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb

“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb
19:53 13 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” şirkəti gələn ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə yanvarın 13-də axşam saatlarından etibarən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə üç gün müddətinə dayandırılacaq. Buna alternativ olaraq, eyni müddətdə nəqliyyatın hər iki tərəfli hərəkəti Zərifə Əliyeva küçəsində təşkil olunacaq. Belə ki, Azneft dairəsindən gələn avtomobillər Rəsul Rza küçəsinə dönərək Muzey Mərkəzinin (köhnə Lenin Muzeyi) arxa tərəfindən keçməklə Zərifə Əliyeva küçəsi ilə Azadlıq meydanına qədər yolunu davam etdirə biləcəklər.
Bundan əlavə, yeraltı su xətlərinin təmiri ilə əlaqədar yanvarın 14-də səhər saat 9-dan etibarən Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulub.
Yarışdan əvvəl salınacaq və “Formula-1” standartına cavab verəcək yollar daimidir, Qran-pridən sonra paytaxt sürücülərinin istifadəsində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Seher_Halqasi_sirketi_temir_isleri_ile_bagli_achiqlama_yayib-918229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR