2017-ci ildə Fransada "Orange Bank" fəaliyyətə başlayacaq

2017-ci ildə Fransada "Orange Bank" fəaliyyətə başlayacaq
20:13 13 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Fransanın ən böyük mobil operatoru "Orange" telekommunikasiya şirkəti 2017-ci ildə özünün xüsusi "Orange Bank" mobil bankını açmaq məqsədilə Fransanın "Groupama Banque" bankında 65 faizlik iştirak payını alıb.
AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, "Orange Bank"ın 2017-ci əvvəlində Fransada fəaliyyətə başlayacağı və daha sonra İspaniya və Belçikada da açılması nəzərdə tutulur. Yeni bankın xidmətlərinə əmanət hesablarının açılması, sığorta və kreditləşmə xidmətləri daxildir. Bank xidmətlərinin tam virtual olması planlaşdırılır, şöbələri isə sığorta məhsullarının satışı üçün istifadə ediləcək.
Şirkətin rəhbəri Stefan Riçard 2018-ci ildə şirkətin maliyyə xidmətləri gəlirinin 400 milyon avroya çatacağına ümid edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2017_ci_ilde_Fransada__quotOrange_Bank_quot_fealiyyete_baslayacaq-918236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR