Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Yanvar

Date: 13 January 2016 20:14

GÜNÜN ŞƏRHİ
 
Paris və İstanbulda törədilən terror aktları arasında ciddi fərq yoxdur. Hər iki terror aktını İŞİD törədib, hər iki terror aktı kamikadze hücumu ilə gerçəkləşdirilib, hər iki terror aktı dinc insanlara qarşı yönəlib, hər iki terror aktı ölkələrin Suriya siyasətinə etiraz mahiyyəti daşıyıb. Tək ciddi fərq dünya ictimaiyyətini bu terror aktına reaksiyasıdır. Fransada törədilən terror aktlarından sonra terrorçuları lənətləmə kampaniyasına başlayan beynəlxalq birlik Sultanəhməd terrorunun üzərindən sükutla keçir. Paris terrorundan sonra fransız bayrağına bürünən dünya ictimaiyyəti Sultanəhməd terrorunun qurbanlarını bir cümlə ilə belə yad etmir. Baxmayaraq ki, İstanbulda törədilən terrorun da qurbanları məhz əcnəbilərdir. Eyni iradı Azərbaycan cəmiyyətinə də şamil oluna bilər. Sosial şəbəkələrdə fransız bayrağı paylaşan azərbaycanlıları bu gün nədənsə türk bayrağı fonunda görmək olmur. “İlin günün bu vaxtında heç Türkiyənin dərdinə şərik olmağın yeridir” iradları bəhanədən başqa bir şey deyil. Məsələ bayraqda deyil, məşhur bir frazada söylənildiyi kimi “məsələ vnimatelni olmaqdadır”. Terrora məruz qalan ölkə Azərbaycan üçün qardaş ölkədir, bu ölkənin vətəndaşları, tanınmış simalardan tutmuş adi insanlaradək hamısı çox yox, 40 gün əvvəl “Günəşli” faciəsində dərdimizə şərik olmuşdular. O insanlar qarşısında vəfa borcumuz vardı və təəssüf ki, bu borc boynumuzda qaldı.  
 
Vüqar MƏSİMOĞLU


Tags:  Sevinc Vaqifqızı Ana xəbər bloku 13 Yanvar

RƏYLƏR


Top news