Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gənc sahibkarların birinci forumuna yekun vurulub

Gənc sahibkarların birinci forumuna yekun vurulub

Date: 13 January 2016 20:18


Bakı, 13 yanvar, AZƏRTAC
“Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə, “IB Club” Gənclərin İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə “I gənc sahibkarlar forumu” layihəsini icra edib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi sahibkarlıq fəaliyyətində uğur qazanmış gənclərin şəbəkəsinin yaradılması, onların daha geniş auditoriyaya təqdim olunmasıdır.
“Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı istiqamətində atılan addımları diqqətə çatdıraraq bu sahədə görülən işlərdən söhbət açıb.
Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov gənclərin təşəbbüslərini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.
Layihədə iştirak edən yüz tələbəyə müvəffəqiyyət qazanan sahibkarların nailiyyətləri, onların qarşılaşdıqları çətinliklər və təcrübələri haqqında ətraflı məlumat verilib. Tədbirdə biznesin yeddi istiqaməti üzrə uğurlu kommersiya fəaliyyəti ilə bağlı təqdimatlar edilib. Həmçinin biznesin qurulması yolları, biznes idarəçiliyində direktorun rolu və s. mövzular ətrafında müzakirələr aparılıb.
İctimai Birlik Gənclər Fondunun dəstəyi ilə regionlarda da belə layihə həyata keçirib.

Tags:  Gənc sahibkarların birinci forumuna yekun vurulub


RƏYLƏR


Top news