Ötən il əhali sektoru üzrə 104 309 yeni abonent qeydə alınıb

Ötən il əhali sektoru üzrə 104 309 yeni abonent qeydə alınıb
20:22 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ 2015-ci ilin dekabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21651 yeni abonent qeydiyyata alınıb.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni abonentlərin 4 498-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 17 153-ü isə regionların payına düşüb.
Ümumiyyətlə, ötən il əhali sektoru üzrə 104 309 yeni abonent qeydiyyata alınıb. Bu göstəricinin də 32 773-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 71 536-sı isə regionlar üzrə olub. Bununla da ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 835 173-ə çatıb.
Ötən ilin dekabr ayında əhali sektoru üzrə 387 mln. 851 min 278 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 92,7 faiz təşkil edib.
Bu il yanvarın 1-i tarixinə olan məlumata görə, əhali sektoru üzrə 126 554 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 341 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/oten-il-ehali-sektoru-uzre-104-309-yeni-abonent-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR