Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əfsanəvi qapıçı özünü öldürmək istədi

Əfsanəvi qapıçı özünü öldürmək istədi

Bulvarda 85 yaşlı kişi özünü öldürmək istədi (15 Mart 2017 17:12)
“Reina” terrorçusu Türkiyədən edam edilməsini istədi (13 Fevral 2017 11:03)
Əfsanəvi qapıçı “Bavariya”ya qayıdır (10 Fevral 2017 23:12)

Tarix: 13 Yanvar 2016 20:38

Kolumbiya yığmasının keçmiş qapıçısı Farid Mandraqon intihara cəhd edib.

Qafqazinfo xəbər verir ki, məlumatı L`Equipe nəşri yayıb.

44 yaşlı Mandraqon xeyli dozada antidepresant dərman qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hal-hazırda müalicəsi davam etdirilir.

Əfsanəvi qapıçı intihara cəhddən əvvəl şəxsi İnstaqram hesabında kiçik qeyd də paylaşıb:

"Öz həyatım haqda qərarı yalnız özüm verə bilərəm. Və ətrafdakıların məni günahlandırmağından yorulmuşam, özümü qorumaq imkanım yoxdur".

Lakin az sonra Mandraqon bu qeydi silib.

Xatırladaq ki, Mandraqon Türkiyənin məşhur "Qalatasaray", İspaniyanın "Saraqosa", Almaniyanın "Köln" klublarının şərəfini qoruyub. O, 2014-də ildə öz karyerasını doğma klubu "Deportivo"da başa vurub.

Milli.Az


Teqlər:  Əfsanəvi qapıçı özünü öldürmək istədi



RƏYLƏR


Top xəbərlər