​“Azərsu” 400 mindən çox smart sayğac quraşdırıb

​“Azərsu” 400 mindən çox smart sayğac quraşdırıb
20:38 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə “Azərsu” ASC il ərzində Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 52 359 smart tipli su sayğacı quraşdırıb.
“Report” ASC-yə istinadən xəbər verir ki, quraşdırılan sayğacların 48 519 ədədi əhali, 3 840 ədədi isə qeyri-əhali qrupunun payına düşüb. Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 40 764 ədəd, regionlarda isə 11 595 ədəd smart-kart sayğacı quraşdırılıb.
Ümumilikdə, smart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılan sayğacların sayı 404 702-ə çatıb. Smart sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılan sayğacların 369 286 ədədi əhali, 35 416 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşüb.
Bildirilir ki, smart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda həmin abunəçilər üzrə ödəniş 100% təmin olunub.
Hazırda Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı, bölgələrdə də smart sayğacların quraşdırılması işləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azersu-400-minden-cox-smart-saygac-qurasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR