Sumqayıtda iki nəfər özünü yandırdı (FOTO)

Sumqayıtda iki nəfər özünü yandırdı (FOTO)
20:46 13 Yanvar 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Sumqayıt şəhərində 2 nəfər özünü yandırıb.

ANS PRESS-in məlumatına görə, Sumqayıt şəhərinin Sülh küçəsində tufeyli həyat tərzi yaşayan 2 nəfər özünü yandırıb.

5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsinin nöbətçi həkimi Zöhrab İsmayılovun verdiyi məlumata görə, yanıq xəsarəti alanlardan birinin adı Emin Nuriyevdir, digərinin isə şəxsiyyəti araşdırılır.

Növbətçi həkimin verdiyi məlumata görə, E.Nuriyevin vəziyyəti digər yanıq xəsarəti almış şəxsə nisbətən daha yaxşıdır. Şəxsiyyəti məlum olmayan digər xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR