​Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri 12,4% bahalaşıb

​Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri 12,4% bahalaşıb
20:52 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin dekabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 13,5%, qazın nəql olunması qiyməti isə 15,9% bahalaşıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən mlumat verir ki, hava nəqliyyatı üzrə yükdaşıma qiymətləri 17%, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma qiymətləri müvafiq olaraq 15,6% və 18,1% bahalaşıb.
Avtomobil nəqliyyatı üzrə yükdaşıma qiymətlərində 1,1% ucuzlaşma müşahidə olunub. Ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 12,4% bahalaşıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycanda-neqliyyat-sektorunda-yukdasima-qiymetleri-12-4-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR