“Azərreyl” komandası “Gənclik” klubuna qalib gələrək turnir cədvəlinin birinci pilləsinə yüksəlib

“Azərreyl” komandası “Gənclik” klubuna qalib gələrək turnir cədvəlinin birinci pilləsinə yüksəlib
20:58 13 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XV turu çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Gənclik” klubu ilə qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Azərreyl” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabındakı xalların sayını 22-yə çatdıran “Azərreyl” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Telekom” komandası 20 xalla ikinci, “Lokomotiv” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerreyl_komandasi_Genclik_klubuna_qalib_gelerek_turnir_cedvelinin_birinci_pillesine_yukselib-918253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR