Tarix Muzeyinə qiymətli əşyalar təhvil verilib

Tarix Muzeyinə qiymətli əşyalar təhvil verilib
21:01 13 Yanvar 2016
42 Şou
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyi tarixi əhəmiyyətə malik milli zərgərlik məmulatı olan Sinəbənd, Rusiya məmulatı olan ətir qabı və Avropa dövlətlərinə məxsus olan qadın əl çantası əldə edib.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, qiymətli materialların XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid olduğu müəyyənləşdirilib. Bildirilib ki, qızıl suyuna salınmış gümüş Sinəbənd şəbəkə işləmədir. Sinəbəndin mərkəzi ikiqat şəbəkəlidir, gül təsvirli lövhəyə rəngli qaşları olan ay-ulduz, üzərinə isə mirvari ilə bəzədilmiş balıq asmalar düzülüb.

Qeyd olunub ki, Rusiyaya məxsus ətirqabı gümüşdəndir. Çəkisi 21,6 qr.-dır. Avropa dövlətlərinə xas olan gümüş metaldan qadın əl çantası isə kiçik ölçülü, narın tordandır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR