"Kişi sözü", "Papaq" filmlərinin rejissoru 65 illiyini qeyd edir

"Kişi sözü", "Papaq" filmlərinin rejissoru 65 illiyini qeyd edir
21:11 13 Yanvar 2016
25 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin 65 yaşı tamam olur.

Axşam.az Report-a istinadən xəbər verir ki, yubileyini dostları və ailə üzvləri ilə birlikdə qeyd edəcəyini deyən Cahangir Mehdiyev uzun illərdir bədii film çəkmədiyini bildirib

"Bu gün doğum günümü təbrik edən hər kəsə minnətdaram. Yubileyimi dostlarımla, ailə üzvlərimlə birlikdə qeyd edəcəm. Kinorejissora ən böyük hədiyyə onun kamera arxasına keçib, film çəkməsi ola bilər. Hələlik bu alınmır. Çəkdiyim sonuncu bədii film "Hacı Qara" olub. "Hacı Qara" 2002-ci ildə ekranlara çıxıb. O, filmdən sonra sənədli filmlərim olub, amma bədii film çəkməmişəm. Hər il ümidlə yaşayıram".

Qeyd edək ki, Cahangir Mehdiyev 1951-ci ildə Bakıda anadan olub. 1968-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun dram teatrı və televiziya rejissorluğu fakültəsində (Mehdi Məmmədovun sinfini), 1974-1979-cu ildə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində (Georgi Daneliyanın emalatxanasında) təhsil alıb.1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Əməkdar incəsənət xadimi həm də əməkdar məşqçidir.

Xatırladaq ki, Azərbaycan kinosuna "Kişi sözü", "Papaq", "Girişmə, öldürər", "Hacı Qara" və s. kimi filmlər bəxş edən Cahangir Mehdiyev növbəti dəfə film çəkəcəyi təqdirdə, yenə klassik Azərbaycan ədəbiyyatına müraciət edəcəyini bildirib: "Bu dəfə film çəkmək qismət olsa, Mirzə Cəlilə müraciət edəcəm. Cəlil Məmmədquluzadənin şah əsərlərindən birini götürüb ekranlaşdırmaq arzusundayam"

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR