Vallettada Avropa İttifaqının gələcəyi müzakirə olunub

Vallettada Avropa İttifaqının gələcəyi müzakirə olunub
21:23 13 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Valletta, 13 yanvar, AZƏRTAC
Maltanın paytaxtı Vallettada “Romadan Lissabona – Köhnə qitə, gənc insanlar və Avropa layihəsinin gələcəyi” mövzusunda konfrans keçirilib.
Maltanın Avropa İşləri üzrə Nazirliyinin və Avropa Komissiyasının Malta nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmiş konfransda bu ölkənin dövlət və hökumət rəsmiləri, Avropa Parlamentinin, Avropa Komissiyasının təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən İtaliyanın Avropa işləri üzrə dövlət katibi Sandro Qozi bildirib ki, bu formatda konfransın keçirilməsi Avropa ölkələri üçün aktual olan məsələləri gündəmə gətirmək baxımdan uyğun bir vaxtdır. İstanbulda törədilmiş terror aktını pisləyən S.Qozi terrorizmə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sərtləşdiriləcəyi və sərhədlərə nəzarət gücləndiriləcəyi təqdirdə Avropa daha təhlükəsiz olacaq.
S.Qozi Avropa İttifaqının (Aİ) fəaliyyətinin səmərəliliyinə dair müzakirələrin yenidən başlanmasının vacibliyindən də danışıb. O, 2017-ci ildə İngiltərənin Aİ-də qalıb-qalmayacağına dair referendumun keçirilməsi məsələsinə toxunaraq qeyd edib ki, əgər İngiltərə təşkilatı tərk edərsə bu, hər iki tərəf üçün böyük itki olacaq.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Valletta


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vallettada_Avropa_Ittifaqinin_geleceyi_muzakire_olunub-918258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR