Azərbaycan sahibkarları Vergi Məcəlləsinə edilən dəyişikliklərdən razıdırlar

21:33 13 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan sahibkarları hesab edirlər ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafına töhfə verəcək.
Aksizli malların plastik kartlarla satışı barədə qaydaların tətbiqinin müvəqqəti dayandırılması sahibkarların işinə bir təkan oldu.
Bunu AZƏRTAC-a müsahibəsində sahibkar Əjdər Şəfizadə deyib. O bildirib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalarının iki il təxirə salınması və sahibkarlara dəstək fərmanı, xüsusi lisenziyaların sadələşdirilməsi və bir pəncərə sisteminə keçməsi barədə Prezident İlham Əlıyevin verdiyi qərarlar sahibkarllığın inkişafına yönəlmiş addımlardır. “Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ilə bağlı edilən dəyişikliklər bizim işimizdə böyük uğurlar əldə edilməsinə kömək olub. Spirtli içkilərin nağdsız satışında kart sistemindən istifadə edilməsi müvəqqəti dayandırılması həm istehsalçılar, həm də pərakəndə və topdan satışla məşğul olan ticarətçilərə sənədləşdirmə işlərini başa çatdırmağa imkan verəcək”, - deyə sahibkar öz fikrini bildirib.
Sahibkar Camal Naibov deyib ki, aksizli malların kart vasitəsilə satışının müvəqqəti dayandırılması aksizli mallar istehsal edən müəssisələr üçün gözəl bir qərar oldu. “Biz müraciət etdik ki, bu hal müvəqqəti olaraq dayandırılsın, kart vasitəsilə alış-verişə keçilməsi üçün zaman ayrılsın, istehsal müəssisələri istehsal həcmini azaltmasın. Bu qaydanın tətbiq olunması üçün
sadəcə bizə bir vaxt, adaptasiya lazımdır”, - deyən sahibkar hesab edir ki, Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ilə bağlı edilmiş dəyişiklik sahibkarlığın inkişafına töhfə verəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahibkarlari_Vergi_Mecellesine_edilen_deyisikliklerden_razidirlar-918262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR