Moskvanın keşmiş meri Yuri Lujkov həyat yoldaşı, dünyanın ən zəngin qadınlarından biri Yelena Baturina ilə Moskvaətrafı evlərinin ərazisində yerləşən xüsusi kilsədə nikah bağlayıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təntənəli mərasim cütlüyün nişanlanmasının 25-ci ildönümü günü baş tutub. Yuri ilə Yelena 1991-ci ildə ailə qursalar da, dini nikahları bu gün gerçəkləşib.
Nikahları haqda KİV-ə məlumatı isə Yuri Lujkovun özü verib.