Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zidan gözünü "Qoca Sinyora"ya dikdi (FOTO)

Zidan gözünü "Qoca Sinyora"ya dikdi (FOTO)

Date: 13 January 2016 21:36

“Real Madrid”in baş məşqçisi Zinəddin Zidan Poqbanı komandaya gətirmək istəyir.

ANS PRESS-in məlumatına görə, komandanın yeni baş məşqçisi həmyerlisi “Yuventus” klubunun 22 yaşlı istedadlı futbolçunu transfer etmək istəyir.

“Qoca Sinyora” “Kral” klubu ilə danışıqlara razıdır. Məlumata görə, Pol Poqbanın transfer qiyməti 100 milyon avrodur (226 milyon 810 min manat)

Poqba “Yuventus” ilə 2019-ci ildə müqaviləsi bitir. Yarımmüdafiəçinin illik maaşı 4,5 milyon avrodur. Fransalı bu mövsum İtaliya çempionatında 4 qol və 4 məhsuldar ötürmə edib.

"Qoca Sinyora" A seriyasında 19 oyundan sonra 39 xalla 2-ci pillədədir.


İtaliya çempionatının turnir cədvəli

Bir müddət əvvəl İspaniya La liqasında uğursuz günlər keçirən "Real"da Rafael Benitezin vəzifəsinə xitam verilib. Klub prezidenti Florentino Perezin rəhbərliyi ilə keçirilən fövqəladə toplantıda idarə heyəti təcrübəli baş məşqçi ilə yollarını ayırıb.


Zinəddin Zidan - baş məşqçi

Mətbuat konfransında prezident Florentino Perez Zinəddin Zidanı komandanın yeni baş məşqçisi olduğunu açıqlayıb.

Tags:  Zidan gözünü Qoca Sinyoraya dikdi FOTO

RƏYLƏR


Top news