"Qəbələ"nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenkonun komandadan ayrılması barədə xəbər vermişdik. Fanat.az xəbər verir ki, artıq ukraynalı mütəxəssisin yeni iş yeri müəyyənləşib.
41 məşqçi bundan sonra Oddesa "Çernomorets"ində çalışacaq. O, klubun U-19 və U-21 klublarında qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2014-cü ildən "Qəbələ"də işləyən Qluşenko 2011-2014-cü illərdə "Çernomortes"də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən biri olub. Qriqorçuk "Qəbələ"yə gələndə onu da özü ilə gətirmişdi.
Fanat.az