Saxta pul satanlar ifşa edildi - VİDEO

Saxta pul satanlar ifşa edildi - VİDEO
21:57 13 Yanvar 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, nəticədə qanunsuz dövriyyədən külli miqdarda saxta əsginaslar, narkotik vasitələr çixarılıb və vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs ifşa edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şərur sakini Röyal Nəsirovu 2 min manat saxta əsginası 700 dollara satan zaman saxlayıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Nərimanov rayonunda kirayədə qaldığı mənzildən 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq və 39 ədəd 5 manatlıq olmaqla 8485 manat saxta saxta pul aşkar edib.

Baş İdarə əməkdaşları Xaçmaz sakini Cəlal Məmmədova hədə-qorxu gələrək, ondan 3 min manat tələb edən Sumqayıt sakini Mehman Məmmədov paytaxtın Nizami rayonunda həmin məbləği alarkən tutulub. İndi əməliyyatçılar onun buna bənzər əməllərinin olub olmamasını araşdırır.

Növbəti əməliyyat zamanı isə külli miqdarda narkotik maddənin dövriyyəyə buraxılmasının qarşısını alıb. Siyəzən rayon sakini Röyal İlyasovdan polis 5 kiloqramdan artıq marixuananı 30 min manata satmaq istəyən  zaman iş başında tutub.

Hər üç faktla bağlı Baş İdarəinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR