Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün ilk yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, "bankirlər" Almaniyanın "Verder" klubunun U-23 komandası ilə qarşılaşıb.
Oyun almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 61-ci dəqiqədə Enis Bitiqi imza atıb.
Qeyd edək ki, "Verder"in U-23 komandası III Bundesliqada çıxış edir. komanda 21 turdan sonra 21 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
"İnter" növbəti yoxlama oyununu Almaniya Bundesliqasında çıxış edən "Verder"in əsas heyətinə qarşı keçirəcək.
Yoxlama oyunu
13 yanvar
İnter (Azərbaycan) - Verder 0:1
Qol: Enis Bitiqi, 61.
İnter: 79. Georgi Lomaya, 14. Zurab Xizanişvili, 3. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 10. Elnur Abdullayev, 17. Vüqar Nadirov, 22. İlkin Qırtımov, 24. Fuad Babayev, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 2. Sərtan Taşkın, 12. Ruslan Əmircanov, 39. Elnur Süleymanov, 45. İlkin Sadıqov, 77. Qara Qarayev, 96. Elşən Poladov.
Baş məşqçi: Zaur Svanadze.
Fanat.az