Azərbaycanda nikahdankənar doğulan uşaqların soyad problemi

Azərbaycanda nikahdankənar doğulan uşaqların soyad problemi
22:25 13 Yanvar 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

“Azərbaycanda qanunvericilik qeyri-rəsmi nikahdan doğulan uşağa anasının soyadının verilməsinə imkan verir. Amma bir çox analar bu cür uşaqların daha çox öz doğma atalarının soyadında qeydiyyata alınmasını istəyirlər. Bu da ciddi problemlər yaradır”. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Komitəyə belə hallarla bağlı müraciətlərin daxil olduğunu deyən T.İbrahimov qeyd edib ki, Azərbaycan qanunvericiliyində rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabər olsa da, təcrübədə müəyyən çətinliklər ortaya çıxır.

Bu çətinliklərin məhz rəsmi nikahın olmaması səbəbindən yarandığını deyən komitə rəsmisi əsas problemin nikahdankənar doğulan uşaqların atalığının müəyyən olunması ilə bağlı olduğunu açıqlayıb: “Komitəyə bu məsələ ilə bağlı çox müraciətlər daxil olur. Biz görürük ki, qadınlar bu cür uşaqlarla bağlı müəyyən çətinliklərlə rastlaşırlar. Təbii ki, qanunvericilik yol verir ki, həmin uşaq anasının soyadında qeydiyyata alınsın və ona doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı ananın soyadı kimi müəyyən olunsun. Ata qrafasında isə ananın göstərişi ilə atanın adı yazılsın. Ancaq bir çox analar uşaqlarına öz soyadlarını deyil, uşağın atasının soyadını vermək istəyirlər”.

T.İbrahimova əlavə edib ki, bəzən atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadlarını vermək istəmirlər. Kişilərin öz uşaqlarına soyad verməsindən imtina etməsinin əsas səbəbi alimentlə bağlı olur: “Bəzi atalar məhkəmə vasitəsilə öz uşaqlarından imtina edirlər. Belə hallar çoxdur. İmtinanın səbəbi kimi də göstərirlər ki, uşaqlarına görə alimentin təyin olunmasını istəmirlər. Digər tərəfdən, sabahkı gündə varislik məsələsi də ortaya çıxa bilər. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək”.

Komitə səlahiyyətlisi bildirib ki, insanlar belə halların baş verməməsi üçün daha ciddi, məsuliyyətli olmalı, qeyri-rəsmi nikahdan uşaq doğulmasının sonradan hansı fəsadlar yarada bilməsini başa düşməli, rəsmi nikah əsasında ailə qurmalıdırlar: “Bu gün Azərbaycanda kəbin əsasında ailə quranlar da var. Hətta bəzi şəxslərdən rəsmi nikaha daxil olduğunu soruşanda, kəbin əsasında ailə qurduqlarını deyirlər. Bu kəbinlərin fərqləndirilməməsi insanlarda müəyyən problemlər yaradır. Bu istiqamətdə geniş maarifləndirmə işləri aparırıq. Bizim təbliğatımız da əslində bundan ibarətdir ki, ailələri bu sahədə maarifləndirək və onlara problemləri göstərək”.

Qeyd edək ki, Azərbaycanda 1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edərək 27 031-ə çatıb. Bu göstərici isə 1990-cı illə müqayisədə 5,6 dəfə çoxdur. Sonrakı iki ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalaraq 2013-cü ildə 25 069, 2014-cü ildə isə 25 486 olub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zığ şosesində qəza

19 Avqust 2017 09:36

Atəşkəs 121 dəfə pozuldu

19 Avqust 2017 09:34

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "MÜHARİBƏYƏ GEDƏCƏYİNİ" bildirdi

19 Avqust 2017 09:33

Erməni silahlı bölmələri atəşkəsi 121 dəfə pozub

19 Avqust 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (19.08.2017)

19 Avqust 2017 09:32

Azərbaycanda antik dövrə aid qəbiristanlıq aşkar edildi

19 Avqust 2017 09:27

Camış qadını xəstəxanalıq etdi - Ağstafada

19 Avqust 2017 09:14

Bakıda qadın naməlum şəxslər tərəfindən döyülüb

19 Avqust 2017 09:12

CƏBHƏDƏN XƏBƏR VAR

19 Avqust 2017 09:10

Adnan Oktar Azərbaycan xalqını təhqir etdi – VİDEO

19 Avqust 2017 09:03

"Lada" "Ford"la toqquşdu: bir yaralı

19 Avqust 2017 08:59

Alkanardakı partlayışın dağıntıları arasında ikinci cəsəd tapılıb

19 Avqust 2017 08:42

İctimai nəqliyyatda təhlükəsizliklə bağlı yeni layihə başlayır

19 Avqust 2017 08:33

Livan ordusu Suriya ilə sərhəddə İŞİD əleyhinə əməliyyata başlayıb

19 Avqust 2017 08:32

Alimlər bədxassəli xalların yaranma səbəbini tapıblar

19 Avqust 2017 08:03

İspaniyada terror qurbanlarının 9-nun şəxsiyyəti müəyyənləşdirilib

19 Avqust 2017 08:02

Dieqo Kostadan “Çelsi” rəhbərliyinə SƏRT MESAJ

19 Avqust 2017 07:33

Trampın "Twitter" hesabının dəyəri açıqlandı

19 Avqust 2017 07:29

Sakit okeanda güclü zəlzələ: iki ada silkələndi

19 Avqust 2017 07:24

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək

19 Avqust 2017 07:12

Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub

19 Avqust 2017 07:07

Yaponiya və Çin arasında gərginlik - Pekinə xəbərdarlıq edildi

19 Avqust 2017 07:03

Bakıda "Azsamand" yandı

19 Avqust 2017 06:39

Yeni doğulmuş körpələrdə doğru bildiyimiz yanlışlar

19 Avqust 2017 06:33

Ən böyük 50 qaradərili idmançının reytinqi açıqlandı

19 Avqust 2017 06:29

Konqoda 200 nəfər torpaq sürüşmələrinin qurbanı olub

19 Avqust 2017 06:22

Neftimizin qiyməti cüzi ucuzlaşıb

19 Avqust 2017 06:03

Qida zəhərlənməsini yüngülləşdirən prosedurlar

19 Avqust 2017 05:33

Venesuelanın keçmiş baş prokuroru prezident Maduronu korrupsiya qalmaqalında ittiham edib

19 Avqust 2017 05:32

Beyləqanda ev əşyaları ilə birgə yandı

19 Avqust 2017 05:29

Status paylaşanlar pul qazanacaq - yeni sosial şəbəkə

19 Avqust 2017 05:03

Trampın daha bir müşaviri vəzifəsini tərk etdi

19 Avqust 2017 04:39

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı - Koutinyonu satmırlar

19 Avqust 2017 04:33

Trampın sərmayələrin qanuni tənzimlənməsi üzrə xüsusi məsləhətçisi öz postunu tərk edəcək

19 Avqust 2017 04:17

Tryudo Barselonada Kanada sakinlərinin öldürüldüyünü bildirib

19 Avqust 2017 04:07

Dünyanı yeni xəstəlik bürüyə bilər - Nigeriyada mənşəyi məlum olmayan virus yayıldı

19 Avqust 2017 04:03

Adriana bu dəfə Metinlə qayıtdı - FOTOLAR

19 Avqust 2017 03:33

Bakıda 7 otaqlı ev yandı

19 Avqust 2017 03:19

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

19 Avqust 2017 03:07

“Qarabağ”a qol vurmuş hücumçu “Milan”da

19 Avqust 2017 03:03

6 metrlik quyuya düşən şəxs xilas olundu - Şəkidə

19 Avqust 2017 02:54

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "müharibəyə gedəcəyini" bildirib

19 Avqust 2017 02:52

Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar

19 Avqust 2017 02:33

Bakıda mənzildən meyit tapılıb

19 Avqust 2017 02:19

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

19 Avqust 2017 02:03

Almaniyada bıçaqla hücum olub -

19 Avqust 2017 01:50

Salyanda qonşu qonşunu bıçaqladı

19 Avqust 2017 01:39

102 yaşlı ən qoca paraşütçü - VİDEO

19 Avqust 2017 01:33

Dünyanı yeni xəstəlik bürüyə bilər -

19 Avqust 2017 01:25

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb

19 Avqust 2017 01:22