Nikahdankənar doğulan uşaqların soyad problemi

Nikahdankənar doğulan uşaqların soyad problemi
22:17 13 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda qanunvericilik qeyri-rəsmi nikahdan doğulan uşağa anasının soyadının verilməsinə imkan verir. Amma bir çox analar bu cür uşaqların daha çox öz doğma atalarının soyadında qeydiyyata alınmasını istəyirlər. Bu da ciddi problemlər yaradır". Milli.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Komitəyə belə hallarla bağlı müraciətlərin daxil olduğunu deyən T.İbrahimov qeyd edib ki, Azərbaycan qanunvericiliyində rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabər olsa da, təcrübədə müəyyən çətinliklər ortaya çıxır.

Bu çətinliklərin məhz rəsmi nikahın olmaması səbəbindən yarandığını deyən komitə rəsmisi əsas problemin nikahdankənar doğulan uşaqların atalığının müəyyən olunması ilə bağlı olduğunu açıqlayıb: "Komitəyə bu məsələ ilə bağlı çox müraciətlər daxil olur. Biz görürük ki, qadınlar bu cür uşaqlarla bağlı müəyyən çətinliklərlə rastlaşırlar. Təbii ki, qanunvericilik yol verir ki, həmin uşaq anasının soyadında qeydiyyata alınsın və ona doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı ananın soyadı kimi müəyyən olunsun. Ata qrafasında isə ananın göstərişi ilə atanın adı yazılsın. Ancaq bir çox analar uşaqlarına öz soyadlarını deyil, uşağın atasının soyadını vermək istəyirlər".

T.İbrahimova əlavə edib ki, bəzən atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadlarını vermək istəmirlər. Kişilərin öz uşaqlarına soyad verməsindən imtina etməsinin əsas səbəbi alimentlə bağlı olur: "Bəzi atalar məhkəmə vasitəsilə öz uşaqlarından imtina edirlər. Belə hallar çoxdur. İmtinanın səbəbi kimi də göstərirlər ki, uşaqlarına görə alimentin təyin olunmasını istəmirlər. Digər tərəfdən, sabahkı gündə varislik məsələsi də ortaya çıxa bilər. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək".

Komitə səlahiyyətlisi bildirib ki, insanlar belə halların baş verməməsi üçün daha ciddi, məsuliyyətli olmalı, qeyri-rəsmi nikahdan uşaq doğulmasının sonradan hansı fəsadlar yarada bilməsini başa düşməli, rəsmi nikah əsasında ailə qurmalıdırlar: "Bu gün Azərbaycanda kəbin əsasında ailə quranlar da var. Hətta bəzi şəxslərdən rəsmi nikaha daxil olduğunu soruşanda, kəbin əsasında ailə qurduqlarını deyirlər. Bu kəbinlərin fərqləndirilməməsi insanlarda müəyyən problemlər yaradır. Bu istiqamətdə geniş maarifləndirmə işləri aparırıq. Bizim təbliğatımız da əslində bundan ibarətdir ki, ailələri bu sahədə maarifləndirək və onlara problemləri göstərək".

Qeyd edək ki, Azərbaycanda 1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edərək 27 031-ə çatıb. Bu göstərici isə 1990-cı illə müqayisədə 5,6 dəfə çoxdur. Sonrakı iki ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalaraq 2013-cü ildə 25 069, 2014-cü ildə isə 25 486 olub.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev: "Terrorizmə qarşı hamılıqla mübarizə aparılmalıyıq"

23 May 2017 13:19

Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı

23 May 2017 13:18

"Dedi ki, artıq vermişəm, 50 manatını qaytardım" - Soyğunçuluq etmək istəyərkən saxlanıldı - VİDEO - FOTO

23 May 2017 13:17

Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanat yayıb

23 May 2017 13:15

"İnstaqram"-da yenilik

23 May 2017 13:14

Bakıda çayxana 24 minə satıldı - FOTO

23 May 2017 13:12

Sabah Azərbaycanda 28 dərəcə temperatur olacaq

23 May 2017 13:09

Sabah ölkə ərazisində yağmurlu hava olacaq

23 May 2017 13:08

Bakıda ev yanıb - iki qardaş yanaraq ölüb

23 May 2017 13:08

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları ilə görüşdü

23 May 2017 13:08

Prokuror "Vosmoy Elməddin"ə cəza istəyib

23 May 2017 13:07

Təhsil nazirinin müavini: “İslamiadada iştirak edən tələbə-könüllülərə güzəştlər ediləcək”

23 May 2017 13:07

"Qəbələ"də şok ayrılıq - RƏSMİ

23 May 2017 13:07

Azərbaycanda keçmiş nazir müavini dünyasını dəyişdi - FOTO

23 May 2017 13:05

"Barselona"nın keçmiş prezidenti saxlanıldı

23 May 2017 13:05

Rianna detektiv kimi geyindi - FOTO

23 May 2017 13:05

Avtoritet "Vasmoy Elməddin"ə 8 il HƏBS TƏLƏBİ

23 May 2017 13:04

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək

23 May 2017 13:03

Rus kəşfiyyatı ABŞ-ın məxfi danışıqlarını ƏLƏ KEÇİRDİ: ABŞ-a od qoyan GİZLİ ƏMƏLİYYAT - FOTO

23 May 2017 13:03

Oqtay Əsədov: Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir

23 May 2017 13:01

Prezident İslamiadanın qalibləri ilə görüş keçirir

23 May 2017 12:58

Erməni model bacısının kolleksiyasını reklam edir - FOTO

23 May 2017 12:57

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 May 2017 12:57

Ariana Qrande Mançesterdəki partlayışa görə konsert turunu dayandırdı

23 May 2017 12:55

Sabah dollar daha ucuz satılacaq

23 May 2017 12:54

Aydın Əliyev Salyanda qəbul keçirdi - FOTO

23 May 2017 12:53

İŞİD məsuliyyəti öz üzərinə götürdü

23 May 2017 12:53

Atası azərbaycanlı olan Qazaryan Azərbaycan vətəndaşlığı istəyir

23 May 2017 12:52

ETSN işçiləri 30 hektar ərazidə iməcilik keçirib

23 May 2017 12:52

UCI Maksim Averinlə bağlı qərarını açıqlayıb

23 May 2017 12:50

Dollar ucuzlaşdı - HƏRRACDA

23 May 2017 12:48

İnsanlar mübahisə zamanı niyə bıçağa əl atır? - Alim DƏHŞƏTLİ MƏQAMLARI AÇDI

23 May 2017 12:48

Dollar ucuzlaşdı

23 May 2017 12:47

Azərbaycan toyu Türkiyə mediasında - VİDEO - FOTO

23 May 2017 12:47

İki dəqiqə 47 saniyəlik zorlanma videosunu özü çəkdi - FOTO

23 May 2017 12:47

"Barselona" klubunun keçmiş prezidenti saxlanılıb

23 May 2017 12:47

Yeni dövlət müəssisələri özəlləşdirilib

23 May 2017 12:44

Çiyələk saplağı çayı min dərdin dərmanıdır

23 May 2017 12:44

Bilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında saziş imzalanıb (FOTO)

23 May 2017 12:43

UCI "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılığı yüksək qiymətləndirib

23 May 2017 12:43

"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb

23 May 2017 12:42

Abituriyentlərə şad xəbər: müddət uzadıldı

23 May 2017 12:42

Ali Məhkəmə arvadını boğaraq öldürən şəxsin barəsində olan hökmü ləğv edib

23 May 2017 12:42

Rumıniyanın təhsil nazirinin müavini: "Azərbaycan ali məktəbləri ilə əməkdaşlıq haqqında bir sıra sazişlər imzalayacağıq"

23 May 2017 12:42

Naxçıvanda faciə: 6 yaşlı uşaq öldü

23 May 2017 12:39

Bu gün keçirilən hərracın nəticələri açıqlandı

23 May 2017 12:39

Sürücülərə ŞAD XƏBƏR: bu qadağa ARADAN QALDIRILIR

23 May 2017 12:38

Paris Azərbaycan Evi: ÜAK-la bağlı qərar yanlış və qərəzlidir

23 May 2017 12:36

Deputat: İslam Oyunlarının keçirildiyi yer həmin ölkənin idmana hazırlığı ilə ölçülür

23 May 2017 12:36

Azərbaycan dünya ölkələrini sülhə, həmrəyliyə çağırır

23 May 2017 12:36