Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu ölkədə rüşvətə görə gömrük idarəsi ləğv edildi

Bu ölkədə rüşvətə görə gömrük idarəsi ləğv edildi

Date: 13 January 2016 22:21

Bolqarıstan höküməti ölkədə gömrük idarələrindən birini ləğv edib.

ANS PRESS-in məlumatına görə, buna səbəb kimi idarə əməkdaşlarının adının rüşvətxorluqda hallanmasıdır. Hökumət əməkdaşların rüşvət almasınına maneə ola bilmədikləri üçün dövlət orqanını bağlayıblar.

Bağlanan Svilengrad Bölgə Gömrük İdarəsininin tərkibində olan Kapitan Andreevo keçid məntəqəsi Türkiyə ilə sərhədə yerləşir.

Üç gömrük qapısından ibarət olan Kapitan Andreevo məntqəsi Buzgaz Bölgə Gömrüyünün tabeliyinə verilib.

Ötən ilin sonunda keçid məntəqəsinə və idarəyə 100-ə yaxın nəzarət kamerası quraşdırılıb. Buna baxmayaraq hökümət qanunsuz əməllərin qarşısını ala bilməyib. Hətta keçid nəzarətçiləri kameralar quraşdırıldığı üçün etiraz ediblər. Daha sonra onlar yoxlamaları yavaş – yavaş aparmaqla məntəqədə sıxlıq yaranıb.


Kapitan Andreevo Gömük Keçid Məntəqəsinin yerləşdiyi ərazi


İdarə bağlandıqdan sonra hökumətin apardığı araşdırmalar nəticəsində qanusuz əməllər törədən 33 məntəqə işçisi həbs edilib. Əməliyyalar nəticəsində külli miqdarda pul ələ keçirilib.


Kapitan Andreevo Gömrük Keçid Məntəqəsində tıxac


Bu Bolqarıstanın keçid mətnəqələrində baş verən ilk rüşvət qalmaqlı deyir. Bundan əvvəldə ölkənin Türkiyə ilə Hamzabəyli Sərhəd Keçid məntəqəsində rüşvət əməliyyatı keçirilmişdi. 100 -ə yaxın məmurun evində axtarışlar aparılıb.


Tags:  ölkədə rüşvətə gömrük idarəsi ləğv edildi

RƏYLƏR


Top news