Azərbaycanı hərbçilər bu şəraitdə qoruyur (FOTO)

Azərbaycanı hərbçilər bu şəraitdə qoruyur (FOTO)
22:46 13 Yanvar 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Gedəcəyimiz yer Qusarın dəniz səviyyəsindən 1350 metr aralıda yerləşən Ləzə zastavasıdır. Rayon mərkəzindən buz bağlamış yollarla, nəhayət, məkana çata bildik.

Şəxsi heyətin normal xidmət aparması üçün hər cür məişət, istirahət, xidmət, yataqxana şəraiti olan bu zastavada qulluq etmək sözün həqiqi mənasında olduqca çətin və təhlükəlidir.

Amma bunu DSX-nin Azərbaycan Rusiya sərhədinin ən ucqar dağlıq zastavasında qulluq edən sərhədçilər özləri ucun şərəf sayırlar.

"Ümumiyyətlə bizim sərhəd zastavası görunduyu kimi çətin bir ərazidə yerləşir. Buna baxmayaraq zastavanin gizir-zabit-əsgər heyəti dövlət sərhədinin etibarlı mühafizəsini həyata keçirmək üçün əllərindən gələn bütün bacaradıqlarını əsirgəmirlər", - Ləzə Zastava rəisi Sahil Əbilov bildirdi.

"Burada hava şərati daha soyuq daha şaxtalıdır. Amma biz sərhədçilər soyuğa, şaxtaya qarşı dözümlüyük", - deyə əsgər
Nahid Həsənov bildirdi.

Sərhədçilerin qarlı havada ən yaxın köməkçisi xidməti atlardir. Sərhədboyu atla gəzintiləri müşahidə etdikcə relyefin və iqlimin çətinliyi özünü aydın göstərirdi.

Qarın çox hündür olduğu sərhəd nöqtələrində isə xizəklə xidmət aparmaq sərhədçilerden xüsusi bacarıq tələb edirdi.

Gərgin qulluq yerindən sonra istirahətlə yanaşı, yaxşı nahar etmək, dərs otağında biliklərini artırmaq da zastava əməkdaşının gündəlik və şərəfli qulluq borcudur.























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR