Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müəllim sinifdə şagirdi amansızca döydü (VİDEO)

Müəllim sinifdə şagirdi amansızca döydü (VİDEO)

Date: 13 January 2016 23:21

Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb.

ANS PRESS-ə daxil olan videoda aydın görünür ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.

Əsəbləri soyumayan müəllim həmin şagirdi sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılacaq. Mövzunu davam etdirəcəyik.

Həmin videonu sizə təqdim edirik.


Tags:  Müəllim sinifdə şagirdi amansızca döydü VİDEO


RƏYLƏR


Top news