"Biz mübarizəsiz təslim olmayacağıq"

"Biz mübarizəsiz təslim olmayacağıq"
23:27 13 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Afrikada "İlin futbolçusu" seçilən Pyer-Emerik Obameyanq "Sport Bild" nəşrinə açıqlama verib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qabonlu hücumçu haqqındakı transfer xəbərlərini də təkzib edib: "Futbolda heç nə əbədi davam etmir. Fakt budur ki, "Borussia" ilə müqaviləm 2020-ci ilə qədər nəzərdə tutulub. Burda özümü yaxşı hiss etməyim də faktdır. "Borussia" ilə titullar qazanmaq istəyirəm. Burdayam. Nə "Arsenal"da, nə "Barcelona"da, nə də Ayda. Hər kəs bunu görə bilər".

"Pep Qvardiola mövsümün sonunda "Bayern"lə əməkdaşlığa son qoyacağını bildirib. Görək, indi nə olacaq. Şübhəsiz, biz mübarizəsiz təslim olmayacağıq. Bizim Bundesliqa çempionluğu qazanmaq şansımızı tam itirdiyimizi söyləmək olmaz. Bilirik ki, "Bavariya"nı dayandırmaq çətin olacaq. Amma mümkün olmayan heç nə yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR