Bakının əsas küçələri bağlanır

Bakının əsas küçələri bağlanır
23:31 13 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

ANS PRESS-in məlumatına görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə yanvarın 13-ü axşam saatlarından etibarən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə 3 günlüyünə dayandırılacaq.



Buna alternativ olaraq, eyni müddətdə nəqliyyatın hər iki tərəfli hərəkəti Zərifə Əliyeva küçəsində təşkil olunacaq. Belə ki, Azneft dairəsindən gələn avtomobillər Rəsul Rza küçəsinə dönərək Muzey Mərkəzinin (köhnə Lenin Muzeyi) arxa tərəfindən keçməklə Zərifə Əliyeva küçəsi ilə Azadlıq meydanına qədər yolunu davam etdirə biləcəklər. Bundan əlavə, yeraltı su xətlərinin təmiri ilə əlaqədar olaraq yanvarın 14-də səhər saat 9-dan etibarən Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulub.



Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.


Bakı şəhəri xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR