Con Kerri: "İrandakı "Arak" nüvə reaktorunun işi dayandırılıb"

Con Kerri: "İrandakı "Arak" nüvə reaktorunun işi dayandırılıb"
23:42 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Tehran beynəlxalq razılaşmalara uyğun olaraq "Arak" reaktorunun işini dayandırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.
 
"Dünən İranın xarici işlər naziri mənimlə əlaqə saxlayaraq plutonium reaktorunun artıq işləmədiyini, yaxın saatlarda onun məhv ediləcəyini vəd edib", deyə C.Kerri bildirib.
 
Qeyd edək ki, yanvarın 15-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramına dair yekun məruzə təqdim etməlidir. Onun əsasında İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR