Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək - XİN

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək - XİN

Date: 13 January 2016 23:43

Bakı. Trend:

Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək.

Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Belqraddan Berlinə keçməsi ilə bağlı yaydığı bəyanatda əks olunub.

Nazir qeyd edib ki, Almaniyanın ATƏT-dəki sədrliyi çətin dövrə təsadüf edir. "ATƏT-in dialoq üçün platformaya və qarşılıqlı etimada ehtiyacı var. Bundan əminəm", - deyə almaniyalı nazir vurğulayıb.

Onun sözlərinə görə, ATƏT məkanında uzun müddətli təhlükəsizlik ancaq ölkələrin birgə səyləri ilə təmin oluna bilər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək XİN


RƏYLƏR


Top news