Azərbaycanda müəllim şagirdi amansızcasına döydü - VİDEO

Azərbaycanda müəllim şagirdi amansızcasına döydü - VİDEO
23:57 13 Yanvar 2016
137 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb.

Milli.Az bildirir ki, anspress-ə daxil olan videoda aydın görünür ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.

Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılacaq. Mövzunu davam etdirəcəyik.

Həmin videonu sizə təqdim edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR