Milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Karlsrue" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, II Bundesliqa klubu elita təmsilçisi "İnqolştadt"la qarşılaışb.
Oyun Bundesliqa təmsilçisinin minimalhesablı qələbəsiylə nəticələnib - 1:0. Nazarov oyuna start heyətində başlayıb və ilk yarıdan sonra əvəzlənib.
"Karlsrue" növbəti yoxlama oyununu yanvarın 16-da keçirəcək. Rəqib Bundesliqanın lideri "Bavariya" olacaq.
Fanat.az