Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Brent markalı neftin qiyməti 30 dollardan aşağı düşüb

Brent markalı neftin qiyməti 30 dollardan aşağı düşüb

Date: 14 January 2016 00:27

Bakı. 14 yanvar. REPORT.AZ/ Brent markalı neftin qiyməti 2004-cü ildən bəri ilk dəfə bir barelə görə psixoloji hədd hesab olunan 30 dollar göstəricisindən aşağı düşüb. "Report" "Lenta.Ru" saytına istinadən xəbər verir ki, bu barədə əmtəə birjalarında keçirilən hərracların nəticələri deməyə əsas verir.
Belə ki, Brent markalı yüngül neftin fyuçersləri üç saat boyunca bir barel üçün 30,5 dollar təşkil etdikdən sonra psixoloji həddən də aşağı düşüb və 29.95 dollar səviyyəsinə çatıb. Ancaq biq müddət sonra qiymət bir qədər yüksəlib və günün sonunda 30.3 dollar təşkil edib.
Mərkəzi Londonda olan "Standard Chartered" bankının ekspertləri hesab edir ki, neftin bir barelinin dəyəri 2016-cı ildə 10 dollaradək düşə bilər. 

Tags:  Brent markalı neftin qiyməti 30 dollardan aşağı düşüb


RƏYLƏR


Top news