Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq

Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq

Date: 14 January 2016 01:27

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin 81 vilayətinin rəhbərliyinə təhlükəsizlik tədbirlərinin artırılmasına dair xəbərdarlıq edilib.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyində hazırlanan xəbərdarlıq məktubunda qeyd olunur ki, 2015-ci ilin ikinci yarısında Türkiyə ərazisində terror aktlarının sayı sürətlə artıb.
"Terrorçular fəaliyyətlərini əsasən ölkənin cənub-şərqində cəmləşdiriblər. Lakin İstanbulda törədilən son partlayış onu deməyə əsas verir ki, artıq cinayətkarlar partlayıcı qurğulardan istifadə edərək istənilən yerdə qanlı hadisə törədə bilər", - deyə məktubda vurğulanıb.
Bildirilir ki, polis əməkdaşlarını yanıldmaq üçün terrorçular müxtəlif üsullara əl atırlar.  

Tags:  Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq

RƏYLƏR


Top news