Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İnter"lə oyun ciddi sınaq idi" - "Verder"in baş məşqçisi

"İnter"lə oyun ciddi sınaq idi" -   "Verder"in baş məşqçisi

Date: 14 January 2016 01:32

Xəbər verdiyimiz kimi, Bakının "İnter" klubu Antalyada Almaniyanın "Verder" klubunun 23 yaşadək komandası (U-23) ilə görüşüb və 0:1 uduzub. Görüşdə yeganə qol 61-ci dəqiqədə "İnter"in gürcü qapıçısı Georgi Lomayanın səhvindən sonra vurulub.

Bremen klubunun U-23 komandasının İran əsilli baş məşqçisi Aleksander Nuri bu matçla bağlı danışıb: "Bu bizim üçün daha bir ciddi sınaq matçı idi. Biz ritmi tapmaq və məşqlərdə etdiklərimizi oyunda tətbiq etmək istəyirdik. Biz bu mövsüm Avropa Liqasında oynamış bir rəqibə qarşı əsas heyətlə meydana çıxmışdıq və oyuna yaxşı hazırlaşmışdıq".

Qeyd edək ki, bununla da "Verder"in II komandası Türkiyə toplaşını başa vurub.

Fanat.az

Tags:  İnterlə oyun ciddi sınaq idi Verderin baş məşqçisi

RƏYLƏR


Top news