FIFA Bakı klubunu cəzalandırdı

FIFA Bakı klubunu cəzalandırdı
01:46 14 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. ANS PRESS-in məlumatına görə, yığıncaqda FİFA-nın assosiasiyaya göndərdiyi məktuba baxılıb.

Bu sənəddə beynəlxalq futbol təşkilatının Nizam-İntizam Komitəsinin "Bakı” klubu haqqında qərar qəbul etdiyi bildirilib. "Bakı” hollandiyalı futbolçusu Adnan Bərəkətlə arasında bağlanmış müqavilə şərtlərinə riayət etməməyi səbəbindən kluba cəza verilib.

FİFA AFFA-nın İntizam Komitəsinə paytaxt təmsilçisinin hesabından 6 xal silinməsini tapşırıb.


Adnan Bərəkət

Bunları nəzərə alan komitə Azərbaycan çempionatının I divizionunda çıxış edən "Bakı"nın cari mövsümdəki hesabından 6 xal silib.


Ötən illərin "Bakı” klubu

Qeyd edək ki, Hollandiyanın “Den Boş” klubundan transfer olunmuş Bərəkət 2009-cu ildə bakılılarla 2,5 illik rəsmi müqavilə imzalamışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR