Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sultanəhməd meydanında törədilən terror aktında şübhəli bilinən daha 4 nəfər saxlanılıb

Sultanəhməd meydanında törədilən terror aktında şübhəli bilinən daha 4 nəfər saxlanılıb

Date: 14 January 2016 01:58


Bakı, 14 yanvar, AZƏRTAC
İstanbulun Sultanəhməd meydanında tramvay dayanacağının qarşısında törədilən terror aktı ilə bağlı daha 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Anadolu agentliyi bildirir ki, bunu jurnalistlərə açılamasında Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. Terrorun artıq dünyanın hər yerində bütün bəşəriyyəti təhdid edən bir fakt olduğunu vurğulayan Davudoğlu, deyib ki, buna qarşı birgə mübarizə aparmalıyıq. Baş nazir qeyd edib ki, İstanbulda təhlükəsizliyin təmin edilməsi istiqamətində bundan sonra da ciddi addımlar atılacaq.
Xatırladaq ki, İstanbulun mərkəzindəki Sultanəhməd meydanında törədilən partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.

Tags:  Sultanəhməd meydanında törədilən terror aktında şübhəli bilinən nəfər saxlanılıb


RƏYLƏR


Top news