Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ronaldonun bacısı suriyalıları təhqir etdi (FOTO)

Ronaldonun bacısı suriyalıları təhqir etdi (FOTO)

Date: 14 January 2016 02:01

Portuqaliya millisinin və Real Madrid klubunun ulduz futbolçusu Kriştiano Ronaldonun heykəlinə naməlum şəxslər hücum edərək, qırmızı boya ilə “Messi 10” yazıb.

ANS PRESS-in məlumatına görə, futbolçunun doğulduğu Madeyra adasında ucaldılan heykəlin üzərində yazılan “Messi 10” yazısı bu gün şəhər bələdiyyəsi təmizlik işçiləri tərəfindən təmizlənib və bu zaman heykəlin bir hissəsi zərər görüb. 2014-cü ildə ucaldılan heykəlin aşağısında “dünyanın ən yaxşı futbolçusu” yazılıb.


Ronaldonun heykəli

Hadisəyə sosial mediyada münasibət bildirən futbolçunun bacısı öz şəxsi ”Facebook” və ”Twitter” hesabında bunları yazıb: “Belə bir hadisənin olması üzücü bir haldır və ən utancverici qısqanclıqlardan biridir. Portuqaliyalı olaraq, bu məni utandırır və çox üzür. Bu gözəl adada hələ də Suriyada yaşamağa layiq olan, hörmətsiz və cəmiyyətdə yaşamağa layiq olmayan insanlar var. Müharibə üzündən əziyyət çəkənlər məni bağışlasın, amma dünya çox pis dağılıb”.


Ronaldo və ailəsi

Tags:  Ronaldonun bacısı suriyalıları təhqir etdi FOTO

RƏYLƏR


Top news