Türkiyədə polis bölməsinə silahlı hücum oldu

Türkiyədə polis bölməsinə silahlı hücum oldu
04:34 14 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda polis bölməsinə silahlı hücum olub.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular tərəfindən törədilən partlayış nəticəsində yaralananların olduğu bildirilir.

 

Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib

 

Hadisə yerindən qaçan  terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR