Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbolçunun arvadı buraxıldı (FOTO)

Futbolçunun arvadı buraxıldı (FOTO)

Date: 14 January 2016 05:11

Hazırda BƏƏ-də təlim-məşq toplanışında olan Rusiyanın "Amkar" klubunun nigeriyalı yarımmüdafiəçisi Feqor Oqudenin oğurlanmış həyat yoldaşı Maimunat sərbəst buraxılıb.

ANS PRESS-in məlumatına görə, Maimunat keçən həftə Delta ştatının Varri şəhərindəki evində oğurlanmışdı. Oyunçunun sözlərinə görə, həyat yoldaşı uşaqları ilə gəzməyə gedibmiş. Məhz həmin vaxt oğrular onu qaçırıblar. Onun başqa şəhərdə tapılmış maşınındakı uşaqlarına isə toxunulmayıb.


Futbolçunun ailəsi

Bazar ertəsi Nigeriya KİV-i digər ailələr və gənclər yığmasının mətbuat xidmətinin nümayəndəsi Timi Ebikaqboroya əsasən yazıb ki, Maimunat 6 gün oğrular tərəfindən saxlandıqdan sonra buraxılıb. Ancaq futbolçunun həyat yoldaşına görə onların tələb etdiyi pulu verib-vermədiyi bəlli deyil. Həyat yoldaşına görə, Feqor Oqude Perm klubundan icazə alaraq düşərgəyə gec qayıdacağını bildirib.



Keçən il Milanın "İnter" klubunun futbolçusu Mauro İkardi silahlı soyğuna məruz qalmışdı. İki silahlı şəхs argentinalı futbolçunu soymuşdu. Gecə yarısı Milanın mərkəzində maşınını saхlayan futbolçuya motosikletlə yaхınlaşan şəxslər hücüm edib. Üzləri bağlı olan soyğunçular ondan pullarını tələb edib. Polisə ifadə verən İkardi bildirib ki, pulları verməkdən imtina edib. Bu zaman soyğunçular onun "Hublot" markalı saatını alaraq qaçıb.

Tags:  Futbolçunun arvadı buraxıldı FOTO

RƏYLƏR


Top news