Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT: Qərbi Afrikada Ebola virusuna yoluxan 10 mindən artıq insan sağalıb

BMT: Qərbi Afrikada Ebola virusuna yoluxan 10 mindən artıq insan sağalıb

Date: 14 January 2016 05:32

Bakı. 14 yanvar. REPORT.AZ/ Qərbi Afrika ölkələrində ölümcül Ebola virusuna yoluxan 10 mindən artıq insan müalicə olunaraq tamamilə sağalıb.
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı BMT-nin baş katibi Pan Gi Mun Ebola virusu ilə mübarizəyə həsr olunmuş BMT yığıncağında səsləndirib.
Onun sözlərinə görə, dünya ictimaiyyəti vurusa yoluxan insanlara dəstək olmalıdır.
"Ötən ilin sonu etibari ilə Qvineya və Sierra-Leonedə yeni yoluxma faktları aşkarlanmayıb. Liberiyada da oxşar vəziyyət müşahidə olunmaqdadır. Bu çox sevindirici haldır. Ancaq biz yenə də ayıq-sayıq olmalıyıq", - deyə baş katib vurğulayıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatlara görə, Qərbi Afrikanın üç ölkəsində Ebola virusunda 11 207 nəfər ölüb.

Tags:  BMT Qərbi Afrikada Ebola virusuna yoluxan 10 mindən insan sağalıb

RƏYLƏR


Top news