Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Diyarbakır vilayətində terrorçular polis bölməsinə hücum ediblər.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bölmə binasının qarşısında partlayıcı maddələrlə dolu avtomobili partladan PKK terrorçuları iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə hücuma keçiblər.
Nəticədə azı 22 nəfər yaralanıb.
Hazırda Çinari rayonunda davam edən döyüş zamanı yaralanan polis bə hərbçilər Diyarbakır Dövlət Xəstəxanası gətirilir.