Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da neft buruğu yandı

ABŞ-da neft buruğu yandı

Date: 14 January 2016 05:49

ABŞ-ın Oklahoma ştatında neft buruğunda yanğın baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə  görə, “Continental Resources” şirkətinə məxsus neft buruğu Çikaşey şəhərindən 10 km şərqdə yerləşir.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində müxtəlif avadanlıqlara və 20 yük maşınına ziyan dəyib. Zərərçəkənlər barədə məlumat verilmir.

 

Ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yanğının başvermə səbəbləri hələ ki, bəlli deyil.


Tags:  ABŞ-da neft buruğu yandı

RƏYLƏR


Top news